Naxçıvanda Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin X Regional Konfransı keçirilib

Naxçıvanda Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin X Regional Konfransı keçirilib

Naxçıvan Muxtar Respublika Xəstəxanasında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin X Regional Konfransı keçirilib.
Müasir oftalmologiyanın problemlərini və əldə olunan uğurlarını müzakirə etmək, regionlarda oftalmologiyanın problemlərinin öyrənilməsində qarşıya çıxan çətinlikləri aradan qaldırmaq məqsədi daşıyan konfransda muxtar respublikanın müxtəlif rayonlarından olan oftalmoloqlar, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşları və Naxçıvan Dövlət Univeritetinin Tibb fakültəsinin tələbə və rezidentləri iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov ölkəmizdə səhiyyənin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, səhiyyə işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb. Bildirib ki, Milli Oftalmologiya Mərkəzinin professor-həkim heyətinin muxtar respublikada mütəmadi olaraq seminar və konfranslar təşkil etməsi, müayinələrin və əməliyyatların aparılmasında iştirakı yerli oftalmoloqların bu sahədə tibbi biliklərinin təkmilləşməsində əvəzsiz rol oynayır. Bu əməkdaşlığın bundan sonra da daim davam etdiriləcəyini vurğulayan nazir konfransın işinə uğurlar arzulayıb.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev muxtar respublikanın kadr potensialının təkmilləşdirilməsində və tibbi kadrlara tələbatının ödənilməsində Naxçıvan Dövlət Univerisitetinin Tibb fakültəsinin mühüm rol oynadığından, vaxtaşırı tibbi dərnək və cəmiyyətlərlə belə tədbir və konfransların təşkilindən danışıb.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov Azərbaycanda oftalmologiya sahəsində bir çox yeniliklərin tətbiq olunduğunu, Milli Oftalmologiya Mərkəzinin filiallarının ən son texnoloji avadanlıqla təchiz edildiyini, klinikada təcrübəli, xaricdə ixtisas təhsili keçmiş həkim-oftalmoloqların bütün göz xəstəliklərinin müayinə və müalicəsi, ö cümlədən cərrahi müalicəsi ilə məşğul olduqlarını, mərkəz tərəfindən pasiyentlərə regionlarda səyyar xidmət göstərildiyini diqqətə çatdırıb.
Konfransda çıxış edən həkim oftalmoloqlar Ceyhun Nəzərli, Günay İbrahimzadə, Lalə Axundova, Ramin Cəfərli, Aynur Rzayeva, Kəmalə Əliyeva və digər məruzəçilər müasir oftalmologiyanın son nailiyyətlərindən, problemlərindən danışıblar.
Tədbirdə muxtar respublika oftalmoloqlarının qarşılaşdıqları çətinliklərdən də söz açılıb, fikir mübadiləsi aparılıb.
Konfrans zamanı aksiya çərçivəsində 101 nəfər müayinə olunub.
Konfrans oftalmoloqların mövzu ilə bağlı məruzələri və çıxışları ilə davam etdirilib.





Dekabr 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova