Ticarət mərkəzinə gələnlərə ilkin tibbi yardımın göstərilməsi qaydaları nümayiş etdirilib

Ticarət mərkəzinə gələnlərə ilkin tibbi yardımın göstərilməsi qaydaları nümayiş etdirilib

Səhiyyə Nazirliyi və 1 nömrəli Bakı Tibb Kolleci tərəfindən “Dəniz Mall” Ticarət Mərkəzində “İlkin tibbi yardım” mövzusunda təlim təşkil olunub.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdəki nümayəndəliyinin iştirakı ilə keçirilən maarifləndirici tədbirdə kollecin tələbələri asfiksiya və kliniki ölüm zamanı həkiməqədər ilk tibbi yardım üsullarını nümayiş etdiriblər. Eyni zamanda, bədbəxt hadisələr zamanı zərərçəkən və xəsarət alan insanlara ilkin tibbi yardımın göstərilməsi bacarıqları (ürəyin qapalı masajı və süni tənəffüs) mulyajların üzərində nümayiş olunub. Kampaniya çərçivəsində arzu edənlərin qan təzyiqi və qanda oksigen miqdarı (saturasiya) ölçülüb.
Maarifləndirici tədbir vətəndaşların böyük marağına səbəb olub.
Daha sonra 1 nömrəli Bakı Tibb Kollecinin tələbələrinin və könüllülərin iştirakı ilə “İlk yardımı öyrən, həyat xilas et!” fləşmobu keçirilib.
Maarifləndirici tədbir paytaxtın digər məkanlarında da təşkil olunur.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova