Səhiyyə Nazirliyində Belçika tibbi avadanlıq şirkətlərinin nümayəndələri ilə görüş olub

Səhiyyə Nazirliyində Belçika tibbi avadanlıq şirkətlərinin nümayəndələri ilə görüş olub

Azərbaycan Səhiyyə Nazirliyində Belçikanın tibbi avadanlıq istehsalı üzrə aparıcı şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə həmçinin Belçikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mişel Pitermans da iştirak edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüş zamanı səhiyyə naziri Teymur Musayev son illər ölkələrimiz arasında əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini qeyd edib. Onun sözlərinə görə, dövlət başçılarının müntəzəm görüşləri, eyni zamanda, hökumət üzvlərinin qarşılıqlı səfərləri iki ölkə arasında müxtəlif istiqamətlərdə münasibətlərin inkişafında mühüm rol oynayır.
Ölkələrimiz arasında səhiyyə sahəsində də məhsuldar əməkdaşlıq əlaqələrinin mövcudluğunu vurğulayan nazir bildirib ki, yüksəkkeyfiyyətli müalicəsi ilə tanınan Belçika səhiyyə xidməti dünyada ən yaxşılardan hesab olunur: “Eyni zamanda, Belçika əczaçılıq və tibb avadanlıqlarının istehsalı və satışı üzrə dünyanın aparıcı ölkələrindən biridir”.
Öz növbəsində IBA şirkətinin Rusiya və MDB ölkələri üzrə vitse-prezidenti Kiril Makarenko və “Orfit Industries” şirkətinin nümayəndəsi Yoxan Foke Azərbaycanla əməkdaşlığın daha yüksək səviyyədə olmasında maraqlı olduqlarını vurğulayıblar. Diqqətə çatdırılıb ki, onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi üçün yüksəktexnologiyalı tibbi avadanlıqlar istehsal edən IBA şirkəti proton terapiyası və dozimetriya sahəsində liderdir. Həmçinin şüa müalicəsinin istifadəsində fiksasiyaedici avadanlıqlar istehsal edən “Orfit Industries” şirkəti xəstələrin immobilizasiyası və yerləşdirilməsi üzrə dünya üzrə aparıcı təchizatçıdır.
Görüşün sonunda tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə müzakirə aparıblar.





Dekabr 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova