Səhiyyə Nazirliyində Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib

Səhiyyə Nazirliyində Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib

Səhiyyə Nazirliyində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə görüş olub.
Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Fergus Auldu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Nazir Azərbaycan – Böyük Britaniya münasibətlərinin dinamik inkişaf tendensiyasına malik olduğunu, ölkələrimiz arasında bir çox sahəni ehtiva edən çoxşaxəli rasional münasibətlərin mövcudluğunu vurğulayıb.
Teymur Musayev Böyük Britaniyada səhiyyə sektorunun çox yüksək səviyyədə olduğunu, bu ölkənin səhiyyə sisteminin (National Health Service – NHS) isə dünyada ən səmərəli təşkil edildiyini deyib: “Britaniya səhiyyəsi innovativ avadanlıqların klinik praktikaya tətbiqi və tibb işçilərinin yüksək peşə hazırlığı ilə seçilir. Bundan əlavə, Böyük Britaniyanın tibb universitetləri təhsilin keyfiyyəti və yüksək ixtisaslı mütəxəssislərin hazırlanması ilə məşhurdur. Belə ki, bu ölkənin üç tibb məktəbi dünyanın ən yaxşı tibb universitetlərinin ilk onluğundadır”.
Nazir gələcəkdə tibb elmi və digər sahələrdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu söyləyib.
Öz növbəsində səfir Fergus Auld Böyük Britaniyanın Azərbaycanla münasibətlərin inkişafına xüsusi diqqət yetirdiyini qeyd edib. Onun sözlərinə görə, dost ölkələrin səhiyyəsinin səmərəliliyini artırmaq məqsədilə tibb təhsili sahəsində qarşılıqlı fəaliyyət üçün bütün zəruri vasitələr mövcuddur. Fergus Auld post-COVID dövründə Azərbaycanla Böyük Britaniya arasında əməkdaşlığın genişləndirilməsinin daha da zəruri olduğunu deyib.
Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən görüş zamanı səhiyyə və tibb elmi sahəsində Azərbaycan və Böyük Britaniya əməkdaşlığının mövcud vəziyyəti və potensial inkişaf imkanları müzakirə olunub.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova