Səhiyyə Nazirliyində İsrail şirkətinin rəhbərləri ilə görüş olub

Səhiyyə Nazirliyində İsrail şirkətinin rəhbərləri ilə görüş olub

Azərbaycan Səhiyyə Nazirliyində İsrailin tibbi məhsulların istehsalı üzrə aparıcı şirkətlərindən biri olan “BioPharmax” şirkətinin rəhbər şəxsləri ilə görüş keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, səhiyyə naziri Teymur Musayev ölkələr arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb, səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın nümunəvi olduğunu qeyd edib: “İsrail yüksək səviyyəli təhsil və səhiyyə sisteminə malik ölkələrdən biridir. Bunu əsas tutaraq, səhiyyə sahəsində əməkdaşlıqdan məmnunuq. Eyni zamanda, səhiyyədə yüksək texnologiya sahələrində - virusologiya, mikrobiologiya və digər istiqamətlərdə əməkdaşlığımız konstruktivdir”.
Ölkələr arasında əczaçılıq sahəsində əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan nazir İsraildə güclü əczaçılıq sənayesinin yaradıldığını, elmi tədqiqat bazasının inkişaf etdirildiyini, dərman vasitələrinin istehsalı sahəsində innovasiyaların tətbiq olunduğunu diqqətə çatdırıb.
Sonda Teymur Musayev əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən “BioPharmax” şirkətinin vitse-prezidenti Yossi Tzabari təmsil etdiyi şirkətin tibbi təhsil, səhiyyənin rəqəmsal transformasiyası və digər sahələrdə Azərbaycan Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Eyni zamanda, yüksək keyfiyyətli tibbi avadanlıqlar sənayesinin Azərbaycanda istifadəsinin müstəsna əhəmiyyət kəsb etdiyini bildirib.
Görüşün sonunda tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə müzakirə aparıblar.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova