Azərbaycanla Macarıstan arasında əczaçılıq sahəsində əməkdaşlığın inkişaf imkanları müzakirə olunub

Azərbaycanla Macarıstan arasında əczaçılıq sahəsində əməkdaşlığın inkişaf imkanları müzakirə olunub

Səhiyyə Nazirliyində əczaçılıq sahəsi üzrə fəaliyyət göstərən Macarıstan şirkətləri təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə həmçinin Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torman da iştirak edib.
Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, görüşdə səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında bir çox sahələrdə geniş əməkdaşlıq əlaqələrinin mövcud olduğunu diqqətə çatdırıb. Nazir çıxışında innovasiyaların iqtisadi və sosial inkişafın əsas təkanverici qüvvəsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu gün səhiyyədə innovativ yanaşma və innovasiyaların tətbiqi zamanın tələbidir.
Bildirilib ki, əczaçılıq sənayesi dünya iqtisadiyyatının ən çox bilik tələb edən yüksək texnologiyalı, eyni zamanda, sürətlə inkişaf edən seqmentlərindən biridir. Macarıstanın əczaçılıq məhsullarının hər zaman yüksək keyfiyyətinə görə seçildiyini vurğulayan nazir ikitərəfli münasibətlərin bundan sonra da uğurlu və dinamik inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Sonra əczaçılıq sahəsi üzrə fəaliyyət göstərən Macarıstan şirkətlərinin nümayəndələri öz məhsulları haqqında ətraflı məlumat veriblər. Onlar Azərbaycanla əczaçılıq sənayesi sahəsində əməkdaşlığın daha yüksək səviyyəyə yüksəlməsində maraqlı olduqlarını vurğulayıblar.
Qarşılıqlı anlaşma mühitində keçən görüş zamanı əczaçılıq sahəsində əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları müzakirə olunub.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova