Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi” işçi qrupunun növbəti iclası baş tutub

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi” işçi qrupunun növbəti iclası baş tutub

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi” işçi qrupunun video-konfrans formatında növbəti iclası keçirilib.
Toplantıda Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi” işçi qrupunun aidiyyatı nümayəndələri iştirak ediblər. Bununla yanaşı, işçi qrupun fəaliyyət dairəsinin daha da genişləndirilməsi məqsədilə bir sıra dövlət təşkilatlarının, o cümlədən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK), Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələri də video-konfransa qoşulublar.
İclasın gündəliyinə müvafiq olaraq, “Səhiyyə sistemi“ işçi qrupunun Fəaliyyət Planına əsasən 2022-ci ildə görülmüş işlər barədə məlumat verilib, növbəti il üçün Fəaliyyət Planı layihəsinin hazırlanması məqsədilə təkliflərin verilməsi məsələsi müzakirə olunub.
İclasın yekununda növbəti görüşlər üçün müzakirə olunacaq məsələlər müəyyənləşdirilib.





Noyabr 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova