Laçında tibbi xidmət yenidən təşkil ediləcək

Laçında tibbi xidmət yenidən təşkil ediləcək

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbər əməkdaşlarından ibarət işçi qrupu Laçın şəhərinə, eləcə də rayonun Zabux və Sus kəndlərinə səfər edib.
AZƏRTAC bildirir ki, nazirliyin Səhiyyənin təşkili şöbəsinin müdiri Anar İsrafilov, Səhiyyə Nazirliyinin Əsaslı Təmir-Tikinti İdarəsinin rəisi Elşad Hacıyev və TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəylinin iştirak etdiyi səfərin əsas məqsədi həmin ərazilərdə tibbi xidmətin yenidən təşkil olunması istiqamətində mövcud imkanların yerində qiymətləndirilməsindən ibarət olub.
Ərazi üzrə fəaliyyət göstərilməsi planlaşdırılan tibb müəssisələrinin yeri, tibbi xidmətdən yararlanması nəzərdə tutulan əhali sayı və digər zəruri məlumatlar dəqiqləşdirildikdən sonra tədbirlər planına uyğun olaraq işə başlanılacaq.





Noyabr 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova