ÜST-nin Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırması gözlənilir

ÜST-nin Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırması gözlənilir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanda malyariya ilə yerli yoluxmanın kəsilməsinin sertifikatlaşdırılması üzrə müstəqil missiyası əvvəllər malyariyanın endemik olduğu ərazilərə səfər edib.
ÜST-nin Azərbaycandakı nümayəndəliyindən bildirildiyinə görə, səfər çərçivəsində Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri ilə birlikdə Lənkəran, Biləsuvar və Sabirabad rayon mərkəzi xəstəxanalarına, Gigiyena və Epidemiologiya mərkəzlərinə, kənd tibb məntəqələrinə, eyni zamanda, ağcaqanadların təbii çoxalma ərazilərinə baxış keçirilib.
Səfər edilən müəssisələrdə rəsmi və texniki görüşlər olub, malyariyanın profilaktikası və nəzarəti üzrə mövcud mexanizmlər və sertifikatlaşdırılma üçün hazırlanmış sənədlər yoxlanılıb, laboratoriya, yoluxucu xəstəliklər, epidemiologiya şöbələrinin işi nəzərdən keçirilib.
Missiyanın son günündə isə Səhiyyə Nazirliyində brifinq keçirilib və sertifikatlaşdırılma prosesinin növbəti mərhələləri müzakirə olunub.Beləliklə, ÜST-nin Malyariyaya yerli yoluxmanın kəsilməsinin sertifikatlaşdırılması üzrə Texniki Məsləhət Qrupunun üzvlərinin iştirak etdiyi missiyanın Azərbaycana iki həftəlik səfəri yekunlaşıb.
Ümumilikdə, missiya çərçivəsində ekspertlər mərkəzi və regional səviyyələrdə malyariya ilə multisektoral mübarizədə iştirak edən qurumlarla, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Milli Məclisin Səhiyyə komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan Tibb Universiteti, TƏBİB, “Azərbaycan Dəmir Yolları” və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətlərinin epidemioloji nəzarət bölmələri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin təmsilçiləri ilə bir sıra görüşlər keçiriblər.
Malyariya ilə mübarizə üçün təşkil olunan nəzarət və cavab tədbirləri sisteminin effektivliyi və dayanıqlılığını öyrənmək məqsədilə insan resursları, maliyyə, infrastruktur, sənədləşmə kimi komponentlərin dəyərləndirilməsini nəzərdə tutan bu missiyanın müəyyən etdiyi nəticələr əsasında Azərbaycanın ÜST tərəfindən “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırılması gözlənilir.





Noyabr 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova