İSİM və “Marsol” MMC arasında memorandum imzalanıb

İSİM və “Marsol” MMC arasında memorandum imzalanıb

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə “Marsol” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) arasında əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə memorandum imzalanıb.
İSİM-dən verilən məlumata görə, sənəd İSİM və “Marsol” MMC arasında ikitərəfli əməkdaşlığın çərçivələrini müəyyən edib. Memorandumu İSİM-in direktoru Qəhrəman Haqverdiyev və “Marsol” MMC-nin direktoru Tural Mustafayev imzalayıblar.
Memorandumun imzalanmasında məqsəd səhiyyə və qeyri-səhiyyə sektorunda beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi, yeni əlaqələrin qurulması və inkişaf etdirilməsidir. Tərəflərin əməkdaşlığı sayəsində tibbi profilaktika tədbirlərinin həcminin artırılması, sağlam həyat tərzinin təbliği, əhalinin sağlamlığının qorunması üzrə innovativ layihələrin, tədbirlərin, forumların təşkili, korporativ sosial münasibətlərin inkişafı istiqamətində təkliflərin hazırlanması və birgə həyata keçirilməsi nəzərdə tutulur.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova