“Bakı – 2015” yarışları zamanı təcili tibbi yardım briqadaları növbə çəkəcək

“Bakı – 2015” yarışları zamanı təcili tibbi yardım briqadaları növbə çəkəcək

“Bakı – 2015” ilk Avropa Oyunları zamanı yarışların keçiriləcəyi bütün məkanlarda, o cümlədən hotellərdə, Olimpiya şəhərciyində və kütləvi tədbirlərin təşkil olunacağı yerlərdə təcili tibbi yardım briqadaları növbə çəkəcək. Ölkəmizin ev sahibliyi edəcəyi bu mühüm idman tədbirinədək beynəlxalq standartlara uyğun avadanlıq və ləvazimatla təchiz olunmuş yeni “Mersedes” markalı təcili tibbi yardım avtomobillərinin istismara verilməsi də nəzərdə tutulub.
Səhiyyə Nazirliyin mətbuat xidmətinin məlumatına görə, Avropa Oyunları Təşkilat Komitəsinin tələblərinə əsasən, tibbi yardım xidmətlərinə cəlb olunmuş heyət xüsusi təlimlərdən keçməli, dünyanın qabaqcıl ölkələrində qəbul edilmiş və beynəlxalq standartlara uyğun bilik və vərdişlərə malik olmalıdır. Bu məqsədlə Səhiyyə Nazirliyinin köməkliyi ilə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında Amerika Ürək Assosiasiyasının nümayəndəliyi vasitəsilə xüsusi təlimçilər hazırlanıb və təlim kursu yaradılıb. Təlim və məşqlərə 400-ə yaxın təcili tibbi yardım işçisi cəlb olunub. Tibbi biliklərin təkmilləşdirilməsi ilə yanaşı, təcili tibbi yardım xidməti həkimləri üçün ingilis dili kursları da təşkil edilib.
Səhiyyə Nazirliyi həmçinin rezidentlərə müraciət edərək, onları “Bakı-2015” ilk Avropa Oyunlarında həkim qismində iştiraka dəvət edib.







Dekabr 2024

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova