Səhiyyə Nazirliyi ilə Silahlı Qüvvələrin Tibb Xidmətinin birgə regional təlim toplanışı keçirilib

Səhiyyə Nazirliyi ilə Silahlı Qüvvələrin Tibb Xidmətinin birgə regional təlim toplanışı keçirilib

Bərdə Müalicə-Diaqnostika Mərkəzində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin, Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin və Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə birgə təlim toplanışı keçirilib.
Tədbirdə Silahlı Qüvvələrin baş cərrahı, tibb xidməti polkovniki, tibb elmləri doktoru Famil Babayev iclası açaraq, müzakirə olunacaq məsələlərin aktuallığı barədə məlumat verib. O, “Hərbi travmalar zamanı cərrahi yardımın təşkili, odlu silah yaralarının müalicə xüsusiyyətləri. Hərbi travmaların müalicəsində müasir yanaşmalar” mövzusunda məruzə ilə çıxış edib.
Sonra Silahlı Qüvvələrin baş reanimatoloqu, tibb xidməti polkovniki, Əməkdar Həkim Vüqar Abdullayevin “Hərbi travmalar zamanı anestezioloji-reanimasion yardımın təşkili və göstərilməsi xüsusiyyətləri” və Hərbi tibb fakültəsi rəisinin elmi işlər üzrə müavini, tibb xidməti polkovnik-leytenantı, tibb elmləri namizədi Pərviz Məmmədovun “Silahlı Qüvvələrin Tibb Xidməti və Səhiyyə Nazirliyi arasında elmi əməkdaşlığın təşkili və koordinasiyası” mövzularında məruzələri dinlənilib.







Dekabr 2024

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova