Səhiyyə Nazirliyinin Layihə Əlaqələndirmə Bürosu təkliflər və kotirovka üzrə sorğu elan edib
Səhiyyə Nazirliyinin HİV/AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə Proqramının Layihə Əlaqələndirmə Bürosu bəzi xidmətlərlə bağlı təkliflər və kotirovka sorğuları elan edib.
O cümlədən, 244 min ədəd çap materialının hazırlanması üçün təkliflər sorğusu, 450 min ədəd kağız stəkanın hazırlanması üçün isə kotirovka sorğusu keçiriləcək.
Maraqlanan təşkilatlar qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər: +99412 498 20 01
Təkliflər sorğusunda və kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 8 sentyabr 2022-ci il saat 13:00-dək qəbul olunur.
Tender təkliflərinin açılması 8 sentyabr 2022-ci il saat 15:00-da olacaq.
Ünvan: Bakı şəhəri, T.Əliyarbəyov küçəsi, 3.
Təşkilatın e-mail ünvanı: [email protected]