Soyuq zəncir sistemi avadanlıqlarının inventarlaşdırılması davam edir

Soyuq zəncir sistemi avadanlıqlarının inventarlaşdırılması davam edir

Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həyata keçirdiyi COVID-19 əleyhinə Vaksinasiyaya dəstək layihəsi çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ölkə üzrə soyuq zəncir sistemi avadanlıqlarının inventarlaşdırılması prosesi davam edir.
ÜST-nin Azərbaycandakı nümayəndəliyindən bildirildiyinə görə, inventarlaşdırma prosesini Rayon Gigiyena və Epidemiologiya Mərkəzlərinin İnventarlaşdırma və Boşluqların Təhlili Aləti (IGAS – Inventory and Gap Analysis System) üzrə təlim keçən əməkdaşları həyata keçirirlər.
Səhiyyə Nazirliyinin və ÜST Azərbaycan nümayəndəliyinin əməkdaşları soyuq zəncir avadanlıqlarının inventarlaşdırılması prosesinə nəzarət etmək məqsədilə şimal bölgəsinə səfər ediblər.
Quba, Qusar və Xaçmaz rayonlarına səfər zamanı monitorinq qrupu tərəfindən məlumatların keyfiyyətli şəkildə toplanması və proqrama daxil edilməsi prosesi izlənib, hesabat tərtib olunub. Növbəti həftələrdə inventarlaşdırma prosesinin keyfiyyətlə həyata keçirilməsinə nəzarət məqsədilə digər rayonlara da monitorinq səfərlərinin həyata keçirilməsi planlaşdırılır.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova