Şuşada tibbi konfrans keçirilib
![Şuşada tibbi konfrans keçirilib](/uploads/posts/2022-09/1663061370_16595294855361237813_1000x669.jpg)
Azərbaycan Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), "Referans Medical Group" və "Uptodate in Medicine"nin təşkilatçılığı ilə Şuşa şəhərində “Dağ-səhra şəraitində xəstələrin təxliyəsi və təcili cərrahiyyəsi" adlı tibbi konfrans keçirilib.
Tədbirdə qeyd edilib ki, Vətən müharibəsində qələbəmizin əldə olunmasında ilk gündən əsgərlərimizlə birgə ön cəbhədə xidmət göstərmiş həkimlərin, peşəkar tibb işçilərinin mühüm rolu olub.
Konfransda ilk tibbi yardım metodlarından yararlanaraq zədələnmənin mexanizminin təyin edilməsi, texnogen fəlakətlər zamanı xəstəxanaya qədər ilk tibbi yardımın xüsusiyyətləri, ürək dayanmalarında müalicə prinsipləri, habelə travma ilə bağlı həyata təhlükə yaradan halların diaqnostikası kimi mövzular müzakirə edilib.
Tədbirin sonunda iştirakçılara plaketlər təqdim olunub.