Psixi sağlamlıq çətinlikləri üzrə Fəaliyyət Proqramı əsasında təlim təşkil edilib

Psixi sağlamlıq çətinlikləri üzrə Fəaliyyət Proqramı əsasında təlim təşkil edilib

Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə ofisi tərəfindən Psixi sağlamlıq çətinlikləri üzrə Fəaliyyət Proqramı əsasında təlimçilər üçün təlim təşkil edilib.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru professor Fuad İsmayılov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov və İxtisaslı tibbi yardım xidməti şöbəsinin mütəxəssisi Aygün Quluzadə təlimin əhəmiyyətini vurğulayıblar.
Psixi sağlamlıq çətinlikləri üzrə Fəaliyyət Proqramı sahəsində beynəlxalq sertifikatlı təlimçi Nino Maxaşvili tərəfindən keçirilmiş 5 günlük təlimin əsas məqsədi psixiatrlardan və ilkin səhiyyə xidməti müəssisələrində çalışan tibb işçilərindən ibarət yerli təlim komandasının yaradılması olub. Komandanı təşkil edən 20 təlimçi layihənin həyata keçirildiyi bölgələrdə ilkin səhiyyə xidməti göstərən həkimlərə ən çox rast gəlinən psixi sağlamlıq pozuntularını müəyyən etmək, idarə etmək və yönləndirmək üzrə təlimlər keçəcək.
Təlimdə klinik depressiya, post-travmatik stres pozuntusu və stres kimi psixi sağlamlıq pozuntuları haqqında, eləcə də yardım üçün müraciət edən şəxslərə düzgün yanaşmanın təməl prinsipləri barəsində sessiyalar yer alıb. Bununla yanaşı, gələcək təlimçilərin təqdimat və idarəçilik bacarıqlarının təkmilləşdirilməsi məqsədilə qrup işləri təşkil olunub. Təlimin son günündə isə iştirakçılar komandalar şəklində seçdikləri mövzuda hazırladıqları təlim sessiyasını təqdim edib və daha sonra sertifikatla təltif olunublar.
Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası layihəsi psixi sağlamlıq xidmətlərinin ilkin səhiyyə səviyyəsində təkmilləşdirilməsi məqsədilə ÜST-nin Azərbaycan ölkə ofisi tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi psixi sağlamlıq və psixo-sosial dəstək üçün multidissiplinar koordinasiya mexanizminin yaradılmasına yardım etmək və ilkin səhiyyə xidməti müəssisələrində psixi sağlamlıq xidmətləri potensialını artırmaqdır. Sözügedən layihə Aİ və ÜST-nin Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova