“Səhiyyə sistemi” işçi qrupunun iclası keçirilib

“Səhiyyə sistemi” işçi qrupunun iclası keçirilib

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi” işçi qrupunun video-konfrans formatında növbəti iclası keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, toplantıda Səhiyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Statistika Komitəsinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi” işçi qrupunda təmsil olunan nümayəndələri iştirak ediblər.
İclasda “Səhiyyə sistemi” işçi qrupunun Fəaliyyət Planı təsdiq olunub. Sonra plana müvafiq olaraq görülmüş işlər, eyni zamanda, yaxın gələcəkdə görüləcək tədbirlərin geniş müzakirəsi aparılıb.
Toplantıda işçi qrupun sədri, səhiyyə nazirinin müavini Rasim İsmayılov çıxış edib. Həmçinin digər iştirakçıların da çıxışları dinlənilib. Növbəti görüşlər üçün həyata keçiriləcək fəaliyyət istiqamətləri barədə təkliflər verilib.
İclasın sonunda əhalinin sağlamlığının yaxşılaşdırılması istiqamətində yeni maarifləndirici mobil tətbiqlər və internet-portallarının istifadəyə verilməsi ilə bağlı, eyni zamanda, psixi sağlamlığın yaxşılaşdırılması sahəsində görüləcək işlər barədə yekun qərar qəbul olunub.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova