Sağlam həyat tərzinin təbliği üzrə maarifləndirici tədbir keçirilib

Sağlam həyat tərzinin təbliği üzrə maarifləndirici tədbir keçirilib

İş yerlərində sağlam həyat tərzinin təbliği məqsədilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) “AZ FP CO LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivinin iştirakı ilə “Zərərli vərdişlərə yox deyək” mövzusunda maarifləndirici təşviqat aksiyası keçirib.
Tədbirdə şirkətin nümayəndəsi – İstehsalat əməliyyatları şöbəsinin direktoru İsa Əliyev idarə və müəssisələrdə zərərli vərdişlərə qarşı təşkil olunan belə aksiyaların əhəmiyyətini vurğulayıb.
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva ölkəmizdə əhalinin sağlamlığının qorunmasının və gənclərin sağlam ruhda tərbiyə olunmasının daim diqqət mərkəzində saxlanıldığını bildirib: “Səhiyyə işçiləri və ictimai səhiyyə mütəxəssisləri tərəfindən əhali arasında geniş təbliğat işləri aparılır, paytaxtda və regionlarda əhalinin sıx olduğu məkanlarda, o cümlədən iş yerlərində silsilə maarifləndirmə tədbirləri təşkil edilir. İzah olunur ki, zərərli vərdişlər yalnız sağlamlığa deyil, eyni zamanda, inkişafa, fəaliyyətə, yaradıcılığa, ətraf mühitə də mənfi təsir göstərir”.
İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev zərərli vərdişlərin qeyri-infeksion xəstəliklərin əsas risk amili olduğunu diqqətə çatdırıb: “Tütünçəkmənin təsiri nəticəsində hər il 8 milyon insan həyatını itirir. Narkotiklərin fəsadları isə daha ağırdır. Narkotik maddələrin istifadəsi qısa zamanda fiziki və psixi asılılıq yaradır, əmək qabiliyyətini aşağı salır, oğurluğa və zorakılığa sövq edir, İİV/QİÇS və hepatit B xəstəliklərinin yayılmasına səbəb olur”.
Tədbirdə vurğulanıb ki, zərərli vərdişlərdən qorunmağın ən yaxşı yolu onlardan heç vaxt istifadə etməməkdir. Həmçinin nəzərə çatdırılıb ki, yaratdığı asılılığa, bu tələyə düşənin oradan çıxmasının çətinliyinə baxmayaraq, zərərli vərdişlərdən xilas olmaq mümkündür və bunun üçün heç vaxt gec deyil.
İştirakçılara tütünçəkmənin fəsadları barədə məlumat verilib, bildirilib ki, tütün tüstüsünün tərkibində 7 mindən artıq zərərli kimyəvi maddə var və onun təsirinin təhlükəsizlik səviyyəsi mövcud deyil.
Təşkilatçılar bütün iştirakçıları “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ciddi riayət etməyə, qapalı məkanlarda tütün tüstüsündən azad mühit yaratmağa və bu zərərli vərdişdən qurtulmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisinin dəstəyi ilə İSİM tərəfindən yaradılan “Tütündən imtina et” mobil aplikasiyasından faydalanmağa çağırıblar.
Aksiyada “Mən siqaret çəkmirəm! Sən də çəkmə!” selfi generatorundan istifadə etməklə fotoşəkillər çəkilib, İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar paylanılıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova