İSİM-in hazırladığı maarifləndirici materiallar Astarada əhaliyə paylanılıb

İSİM-in hazırladığı maarifləndirici materiallar Astarada əhaliyə paylanılıb

Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən həyata keçirilən "Cənubi Qafqazda yerli icmaların fövqəladə hallar zamanı sağlamlıq üzrə dayanıqlığının gücləndirilməsi" layihəsi çərçivəsində "Risk kommunikasiyası və icmalarla əlaqələrin qurulması" və "Gender müdaxiləsi və sağlamlığın müdafiəsi" mövzuları üzrə 10 rayonu əhatə edən təlimlər təşkil olunub.
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar Astara rayonunda bu qəbildən təşkil edilən təlimlərin iştirakçılarına paylanılıb.
Təlimdə risk kommunikasiyası və icmalarla əlaqələrin qurulmasının məqsədi, icma rəyinin toplanması və cavablandırılması, icmanın səfərbərliyi və iştirakı, gender müdaxiləsinin fövqəladə hallar zamanı əhəmiyyəti, gender müdaxiləsinin sağlamlığa inteqrasiyası mövzuları üzrə məlumat verilib, biliklər möhkəmləndirilib.
İştirakçılara həmçinin İSİM tərəfindən hazırlanaraq nəşr edilən “Məktəblilərin qidalanması”, “Qida etiketləri”, “Sağlam qidalanmanın xüsusiyyətləri” və s. mövzularda maarifləndirici materiallar da təqdim olunub, sağlam həyat tərzinin üstünlükləri və zərərli vərdişlərin sağlamlığa təhlükəli təsirləri barədə ətraflı məlumat verilib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova