Azərbaycan onkoloqları Kanadada nüfuzlu beynəlxalq mükafata layiq görülüblər

Azərbaycan onkoloqları Kanadada nüfuzlu beynəlxalq mükafata layiq görülüblər

Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin (MOM) əməkdaşları Kanadanın Vankuver şəhərində ABŞ Nüvə Təbabəti Cəmiyyətinin illik beynəlxalq konfransında tədqiqatlarının nəticələrini təqdim ediblər.
MOM-dan verilən məlumata görə, dünyanın 100-dən artıq ölkəsindən iştirakçıların qatıldığı həmin tədbirdə Milli Onkologiya Mərkəzinin Nüvə təbabəti şöbəsinin müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru Fuad Novruzovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti iştirak edib.
Azərbaycanlı onkoloqlar süd vəzi və prostat vəzi xərçənginin diaqnostika və müalicəsinə aid elmi işlərlə tədbirin əsas sessiyasında məruzə ilə çıxış ediblər. Sevindirici haldır ki, süd vəzi xərçənginin müalicə taktikasına əsaslanan elmi iş tədbirin “Ən Yaxşı Beynəlxalq Elmi İş" (International Best Abstract Award) mükafatına layiq görülüb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova