İnsultun reabilitasiyası üzrə elmi-praktik konfrans keçirilib
![İnsultun reabilitasiyası üzrə elmi-praktik konfrans keçirilib](/uploads/posts/2022-08/1659948057_16576098605426726563_1000x669-1.jpg)
Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu (ETTBİ) və Azərbaycan Tibb Universitetinin (ATU) birgə təşkilatçılığı, Azərbaycan Fizioterapiya və Reabilitasiya Assosiasiyası və Milli Nevroloqlar Assosiasiyasının dəstəyi ilə “İnsultun Reabilitasiyası Modul-1” adlı elmi-praktik konfrans keçirilib.
Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində yayılan məlumata görə, konfransın təşkilində məqsəd tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, bu sahədə onları müasir yeniliklərlə tanış etmək olub.
Konfransda Eskişehir Osmanqazi Universitetinin professoru Serhat Özkan, Varşava Psixiatriya və Nevrologiya İnstitutunun nümayəndəsi İvona Sarzinska-Dlugosz, Avropa İnsult Təşkilatının Reabilitasiya departamentinin sədri Aksel Kohlmetz məruzəçi qismində iştirak ediblər.
Konfrans iştirakçılarına sertifikatlar və davamlı tibbi təhsil (DTT) kredit balları verilib.