İkinci Uroginekoloji elmi-praktik konfrans keçirilib

İkinci Uroginekoloji elmi-praktik konfrans keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və “Organization of Medical Projects” (OMP) şirkətinin birgə əməkdaşlığı ilə “Uroginekoloji və reproduktiv təbabətin problemləri” adlı II elmi-praktik tibbi konfrans təşkil olunub.
İSİM-dən verilən məlumata görə, konfransda ginekoloq, cərrah, radioloq və digər həkim-mütəxəssislər iştirak ediblər.
Türkiyə Uroginekoloji və Pelvik Rekonstruktiv Cərrahiyyə Dərnəyinin, eləcə də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının nümayəndələrinin iştirakı ilə keçirilən konfransın əsas məqsədi uroloji, ginekoloji və reproduktiv təbabətin aktual problemlərini müzakirə etmək, cərrahi əməliyyatların yeni nailiyyətlərini diqqətə çatdırmaq, əldə olunan müvəffəqiyyətləri və risk faktorlarını bölüşmək idi.
Konfransda sağlam gələcək nəslin yetişməsində və formalaşmasında reproduktiv sağlamlığın əhəmiyyəti, ginekoloji və uroloji vəziyyətləri vaxtında aşkarlamaqla yarana biləcək ağırlaşmaların qarşısını almağa yönələn tibbi nailiyyətlərin rolu xüsusi vurğulanıb.
Səmərəli fikir mübadiləsi əsasında aparılan konfrans müddətində video təqdimatlar nümayiş olunub və professorlarla canlı bağlantılar qurulub.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova