Səhiyyə Nazirliyinin nümayəndələri Berlində təqdimatlarla çıxış edib

Səhiyyə Nazirliyinin nümayəndələri Berlində təqdimatlarla çıxış edib

Almaniyanın paytaxtı Berlin şəhərində beynəlxalq BOCO-19 tədqiqat layihəsi çərçivəsində “Xəstəliklərin yükünün təhlili” mövzusunda təlim kursu təşkil olunub.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) şöbə müdiri Nabil Seyidov və İnformasiya və Statistika İdarəsinin rəisi Şahin Xasiyev keçirilən təlimdə iştirak ediblər. COVID-19 və ürək-damar xəstəliklərinin yükünün təhlilinə həsr olunmuş təlimdə nümayəndə heyəti tərəfindən təqdimatlar edilib və təhlillər aparılıb.
BOCO-19 layihəsi Almaniyanın Robert Kox İnstitutunun rəhbərliyi ilə Almaniya, Azərbaycan, Serbiya, Monteneqro, Gürcüstan, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın ictimai səhiyyə və səhiyyə statistikası sahəsində çalışan dövlət qurumları və ali təhsil müəssisələrinin iştirakı ilə həyata keçirilir. Almaniya Xarici İşlər Nazirliyi və Robert Kox İnstitutunun dəstəyi ilə icra olunan layihənin əsas məqsədi ictimai səhiyyə və səhiyyə statistikası sahəsində mütəxəssislərin bilik və bacarıqlarının genişləndirilməsi, ölkələr arasında əməkdaşlığın və şəbəkələşmənin gücləndirilməsidir. İSİM 2021-ci ildən bu layihədə rəsmi tərəfdaş kimi iştirak edir. İndiyədək İSİM-in 2 nümayəndəsi Serbiyada, 4 nümayəndəsi Tbilisidə və 1 nümayəndəsi Berlində keçirilən təlimlərdə iştirak edib.
Layihə çərçivəsində Robert Kox İnstitutu ilə İSİM arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu müqavilə əsasında İSİM-in nümayəndələrinin həmin institutun bazasında təlim-tədris prosesində iştirakı, institutun mütəxəssislərinin İSİM ilə birgə çalışmalar aparması və müvafiq təklif və tövsiyələrin birgə hazırlanmasına imkan yaradılıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova