Azərbaycan Tibb Universitetində İsrail Tibb Günü keçirilib

Azərbaycan Tibb Universitetində İsrail Tibb Günü keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında İsrail Tibb Günü keçirilib.
Universitetin mətbuat xidmətindən bildirildiyinə görə, İsraildən olan tibb mütəxəssislərinin, azərbaycanlı həkimlərin, tələbə və rezidentlərin iştirak etdiyi tədbirdə ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov ali məktəbin fəaliyyəti, əldə olunan nailiyyətlər, tədris sistemi haqqında ətraflı məlumat verib. O, əməkdaşlığın genişlənməsinə xidmət edən tədbirlərin əhəmiyyətini vurğulayıb, belə təşəbbüslərin qarşılıqlı təcrübə mübadiləsi baxımından da önəm kəsb etdiyini qeyd edib. Prorektor 44 günlük Vətən müharibəsi dövründə dəstəyinə görə İsrail hökumətinə minnətdarlığını da bildirib.
İsrailin Azərbaycandakı səfiri Corc Dik çıxışında ölkəsi ilə Azərbaycan arasında münasibətlərin yüksələn xətlə inkişafından söz açıb, bu tədbiri də ölkələrarası əlaqələrin inkişafına töhfə kimi qiymətləndirib. Səfir tolerant ölkə olan Azərbaycanda yəhudilərin heç bir problem yaşamadığını da dilə gətirib.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev belə elmi tədbirlərin gənc həkimlərin bilik və bacarıqlarının artırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Çıxış edənlər İsrail Tibb Gününün təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürlərini ifadə ediblər.
Sonra İsraildən gələn mütəxəssislər ATU-nun rezidentləri üçün müxtəlif mövzularda mühazirələrlə çıxış ediblər. Mikki Gideon “Neyrocərrahiyyədə robototexnika”, professor Dani Landau “Uşaq nevrologiyasının müalicəsində yeni metodlar”, Patrik Ştafler “Uşaq pulmonologiyasında innovasiyalar”, İzabella Karakas “Qadınlarda hamiləlik və ətraf mühit arasındakı əlaqə” kimi mövzularda məruzələr səsləndiriblər.
Seminardan sonra israilli mütəxəssislərin Azərbaycan Tibb Universitetinin kafedralarında yerli tibb mütəxəssisləri və rezidentlərlə görüşləri keçirilib.





Oktyabr 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova