Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Toplantıda institutun rektoru, professor Nazim Qasımov dahi şəxsiyyət və uzaqgörən siyasətçi Heydər Əliyevin həyatı və fəaliyyətindən, onun rəhbərliyi dövründə respublikamızın keçdiyi inkişaf yolundan, onun səhiyyə sahəsinə və tibbi kadrlara göstərdiyi diqqət və qayğıdan bəhs edib. O, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi dövlət quruculuğu, davamlı aparılan sosial islahatlar, 2020-ci ilin payızında Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfər, Qarabağda gedən genişmiqyaslı quruculuq işləri haqqında danışıb.
Konfransda institut əməkdaşları apardıqları elmi tədqiqat işlərinin nəticələrinə həsr olunan məruzələri təqdim ediblər.
Stomatologiya və üz-çənə cərrahiyyəsi, Mamalıq və ginekologiya, Terapiya, Otolarinqologiya, Kliniki laborator diaqnostika, Ümumi və plastik cərrahiyyə kafedralarının əməkdaşları Ayşən Qasımova, Pərvanə Əhədova, Nurtən Abdullayeva, Könül Mahmudova, Aytən Musayeva, Məzahir Quliyev, Reyhan Əliyeva və Aytac Babayeva təbabətin müxtəlif aktual problemlərinə həsr olunmuş məruzələrlə çıxış ediblər. Mövzular ətrafında diskussiyalar aparılıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova