Səhiyyə və tibb elmi sahəsində Azərbaycan – Litva əməkdaşlığının perspektivləri müzakirə olunub

Səhiyyə və tibb elmi sahəsində Azərbaycan – Litva əməkdaşlığının perspektivləri müzakirə olunub

Səhiyyə Nazirliyində Litvanın Sağlamlıq Elmləri Universitetinin rektoru, professor Rimantas Benetis və universitetin rəsmiləri ilə görüş keçirilib. Tədbirdə həmçinin Litva Respublikası Prezidentinin elm, təhsil və mədəniyyət məsələləri üzrə müşaviri Paulius Baltokas və universitetin beynəlxalq əlaqələr üzrə dekanı, professor İnqrida Yanuleviçene də iştirak ediblər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, qonaqları salamlayan səhiyyə nazirinin müavini Nadir Zeynalov ölkələrimiz arasında dostluq əlaqələrinin dinamik inkişaf etdiyini vurğulayıb. Bir çox sahələrdə uğurla əməkdaşlıq edildiyini diqqətə çatdıran nazir müavini əlaqələrimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. O, gələcəkdə elmi-tibbi və digər sahələrdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Rimantas Benetis ölkə başçılarımızın uğurlu qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb. Litvanın Sağlamlıq Elmləri Universitetinin rektoru ölkəmizlə səhiyyə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi işində maraqlı olduğunu deyib. O, ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik məlumatların mübadiləsi üçün yeni imkanlar yaradılmasının vacibliyini vurğulayıb: “Bu gün Litvanın Sağlamlıq Elmləri Universiteti ilə dünyanın onlarla nüfuzlu elm və təhsil qurumları ilə əməkdaşlıq edən Azərbaycan Tibb Universiteti arasında Anlaşma Memorandumu imzalanacaq. Hesab edirəm ki, bu sənəd ölkələrimiz arasında tibb sahəsində əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcək”.
Konstruktiv və dostluq şəraitində keçən görüş zamanı səhiyyə və tibb elmi sahəsində Azərbaycan – Litva əməkdaşlığının perspektivləri müzakirə olunub.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova