Səhiyyə Nazirliyində İsrailin nüfuzlu tibb mərkəzinin nümayəndə heyəti ilə görüş olub

Səhiyyə Nazirliyində İsrailin nüfuzlu tibb mərkəzinin nümayəndə heyəti ilə görüş olub

Səhiyyə Nazirliyində İsrailin və dünyanın ən nüfuzlu tibb mərkəzlərindən olan Şiba Tibb Mərkəzinin nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri çərçivəsində görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə İsrailin ölkəmizdəki səfiri Corc Dik də iştirak edib.
Səhiyyə naziri Teymur Musayev digər sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də ölkələrimiz arasında əməkdaşlığın uğurlu nəticələrini xatırladıb, yeni növ koronavirus (COVID-19) pandemiyası zamanı aktual olan səhiyyənin yüksək texnologiyalı sahələrində əməkdaşlığın konstruktiv xarakter daşıdığını deyib. Səhiyyə sistemində aparılan islahatların əsasında rəqəmsal texnologiyalardan istifadənin dayandığını vurğulayan nazir son vaxtlar elektron sənəd dövriyyəsinə keçid, səhiyyə sistemində rəqəmsal və innovativ texnologiyaların tətbiqi istiqamətində mühüm addımların atıldığını bildirib: “Səhiyyə sisteminin təkmilləşdirilməsi ölkəmiz üçün prioritet məsələdir. Şiba Tibb Mərkəzinin dünyanın ən yaxşı on xəstəxanasından biri olduğunu nəzərə alaraq, Azərbaycan Səhiyyə Nazirliyi bu sahədə bu tibb ocağı ilə əməkdaşlıqda maraqlıdır”.
Şiba Tibb Mərkəzinin direktoru Yoel Har-Even mərkəzin tibbi təhsil, tibbi turizm, reabilitasiya, telesəhiyyə, səhiyyənin rəqəmsal transformasiyası sahəsində tədqiqatlar üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Onun dediyinə görə, Tibb Mərkəzində ortopediya, nevrologiya və psixiatriya kimi sahələrdə uzunmüddətli reabilitasiya müalicəsi aparılır.
Görüş zamanı tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova