Səhiyyə Nazirliyində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

Səhiyyə Nazirliyində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

Səhiyyə Nazirliyində Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun səhiyyə, qidalanma və əhali üzrə praktika meneceri Tania Dmitraçenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Toplantıda Azərbaycanın səhiyyə naziri Teymur Musayev dünyanın ən nüfuzlu maliyyə institutu olan Dünya Bankı ilə əlaqələrə və əməkdaşlığa ölkəmizin hər zaman önəm verdiyini vurğulayıb. Rəqəmsal texnologiyalardan istifadənin səhiyyə sistemində aparılan islahatların əsasını təşkil etdiyini diqqətə çatdıran Teymur Musayev səhiyyə sisteminin təkmilləşdirilməsinin ölkəmiz üçün prioritet məsələ olduğunu bildirib. Onun sözlərinə görə, son zamanlar Səhiyyə Nazirliyinin Dünya Bankının missiyaları ilə mütəmadi olaraq keçirilən görüşləri əməkdaşlığın yüksək xətlə inkişaf etməsinə təkan verir. “Hər görüşümüz bizi əsas məqsədə, yəni Azərbaycan elektron səhiyyə strategiyasının təkmilləşməsinə daha da yaxınlaşdırır”, - deyə nazir fikrini tamamlayıb.
Öz növbəsində Tania Dmitraçenko Dünya Bankı ilə Azərbaycan arasında səmərəli əməkdaşlığı vurğulayaraq, ölkəmizin səhiyyə sistemində aparılan islahatların dəstəkləndiyini bildirib.
Sonra Dünya Bankının nümayəndələri “2022-2026-cı illər üçün Azərbaycanın Milli Səhiyyə İnformasiya Strategiyasının hazırlanması” layihəsini təqdim ediblər.
Konstruktiv və dostluq şəraitində keçən görüş zamanı tərəflər Azərbaycanda elektron səhiyyə strategiyasının hazırlanmasında texniki yardım layihəsinin həyata keçirilməsini də müzakirə ediblər.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova