Rəqəmsal səhiyyənin inkişafı ilə bağlı müzakirələr aparılıb

Rəqəmsal səhiyyənin inkişafı ilə bağlı müzakirələr aparılıb

Səhiyyə Nazirliyində Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun səhiyyə, qidalanma və əhali üzrə nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən bildirildiyinə görə, görüşdə səhiyyə nazirinin müavini Nadir Zeynalov Azərbaycanın Dünya Bankı ilə əlaqələrə hər zaman önəm verdiyini vurğulayıb. Ötən il Səhiyyə Nazirliyi tərəfindən elektron sənəd dövriyyəsinə keçid, səhiyyə sistemində rəqəmsal və innovativ texnologiyalardan istifadə istiqamətlərində mühüm addımlar atıldığını qeyd edən nazir müavini bildirib ki, rəqəmsal texnologiyalardan istifadə səhiyyə sistemində aparılan islahatların əsasını təşkil edir.
Öz növbəsində nümayəndə heyətinin üzvləri Dünya Bankı ilə Azərbaycan arasında səmərəli əməkdaşlığı vurğulayaraq, ölkəmizin səhiyyə sistemində aparılan islahatların dəstəkləndiyini bildiriblər.
Görüş zamanı Azərbaycanda rəqəmsal səhiyyənin inkişafı ilə bağlı geniş müzakirələr aparılıb.





Oktyabr 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova