Səhiyyə Nazirliyində ÜST-nin ölkə ofisinin rəhbəri Hande Harmancı ilə görüş olub

Səhiyyə Nazirliyində ÜST-nin ölkə ofisinin rəhbəri Hande Harmancı ilə görüş olub

Azərbaycan hökuməti ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında əməkdaşlıq çərçivəsində Səhiyyə Nazirliyində ÜST-nin ölkə ofisinin rəhbəri Hande Harmancı ilə görüş keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, səhiyyə naziri Teymur Musayev ölkəmizin ÜST kimi nüfuzlu bir təşkilat ilə 1992-ci ildən sıx əməkdaşlıq etdiyini və bu əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, ötən müddət ərzində qarşılıqlı əməkdaşlıq şəraitində mühüm işlər görülüb, ölkə, regional və qlobal səviyyələrdə uğurlu layihələr həyata keçirilib.
Nazir bu yaxınlarda ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri P.Klügenin Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyev ilə və Səhiyyə Nazirliyində keçirilən görüşləri xatırladıb. O, nüfuzlu səhiyyə təşkilatının rəhbərinin ölkəmizə səfərinin əlaqələrimizə töhfə verəcəyinə əminliyini ifadə edib.
COVID-19 infeksiyası ilə mübarizə mövzusuna toxunan Teymur Musayev vurğulayıb ki, ölkəmizdə həyata keçirilmiş kompleks tədbirlər nəticəsində son zamanlar koronavirusa yoluxma sayında kəskin azalma müşahidə olunur. Ölkəmizin COVID ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətini daim dəstəklədiyini vurğulayan nazir Azərbaycanla ÜST arasında əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələrə görə təşkilatın ölkəmizdəki nümayəndəliyinə təşəkkürünü bildirib.
Səmimi qəbula görə minnətdarlıq edən ÜST-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan yeni növ koronavirus infeksiyasına qarşı mübarizədə nəzərəçarpan uğurlar qazanan ölkələr sırasındadır, eyni zamanda, pandemiya ilə mübarizədə ilk günlərdən ÜST ilə qarşılıqlı əməkdaşlıq şəraitində çalışır.
Konstruktiv və dostluq şəraitində keçən görüş zamanı gələcəkdə birgə layihələrin həyata keçirməsi ətrafında faydalı müzakirələr aparılıb. Bu layihələrin qrip pandemiyasına qarşı milli hazırlıq planının yenilənməsi, səhiyyə sahəsində fövqəladə hallara hazırlıq üzrə birgə qrupun yaradılması, multidissiplinar tibbi yardımın təşkilində əməkdaşlıq, beynəlxalq və kütləvi tədbirlərə texniki dəstək və s. sahələri əhatə etməsi nəzərdə tutulub.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova