Səhiyyə naziri və nazirliyin kollegiya üzvləri Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıblar
![Səhiyyə naziri və nazirliyin kollegiya üzvləri Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıblar](/uploads/posts/2022-06/1654760684_img_7183.jpg)
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü günündə Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev və Səhiyyə Nazirliyinin kollegiya üzvləri Fəxri xiyabanda ulu öndərin xatirəsinə ehtiramlarını ifadə edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub, məzarı önünə tər çiçəklər düzülüb.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyev Azərbaycan səhiyyəsinə və tibb təhsilinə, bu sahənin işçilərinə həmişə xüsusi diqqət və qayğı göstərirdi. Ölkəmizdə səhiyyənin inkişafı və yüksək ixtisaslı tibb kadrlarının hazırlanması məhz Ulu öndərin adı ilə bağlıdır.