ÜST Avropa regional direktoru ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini anıb

ÜST Avropa regional direktoru ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini anıb

Ölkəmizdə rəsmi səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klügenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevlə birlikdə Fəxri xiyabanda olub, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.
Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildiriblər. Qonaqlar “Əbədi məşəl” kompleksinin önünə əklil qoyublar.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova