Diş texnikliyində rəqəmsal texnologiyalar üzrə konfrans təşkil olunub

Diş texnikliyində rəqəmsal texnologiyalar üzrə konfrans təşkil olunub

Rəqəmsal stomatologiya təbabətdə innovativ istiqamətlərdən biridir. Bu gün diş texnikliyi sahəsində rəqəmsal texnologiyalar olmadan metalsız protezlərin implant üzərində qoyulmasını, çıxan və çıxmayan protezlərin hazırlanmasını təsəvvür etmək mümkün deyil.
Azərbaycanda rəqəmsal texnologiyalar diş texnikliyi laboratoriyalarında istifadə olunur, amma çox az sayda laboratoriya bu texnologiyaya sahibdir.
Hazırda 2 nömrəli Bakı Baza Tibb Kolleci “Diş texnikliyi” ixtisası üzrə mütəxəssis hazırlayan təhsil ocağı kimi, bu sahədə də lazımi xidmətini göstərir. Kollecin rəhbərliyinin təşəbbüsü ilə, Azərbaycanda fəaliyyət göstərən “Axior Dent” şirkəti tərəfindən “Ortopedik stomatologiya” şöbəsinin müəllim və tələbələri üçün konfrans təşkil olunub.
Tədbirə məruzəçi qismində İspaniyadan həmyerlimiz - beynəlxalq stomatoloji sertifikatlar almış mütəxəssis Raul Kərimov dəvət edilib.
Konfransda Raul Kərimov rəqəmsal texnologiya, bu texnologiya ilə işləmə qaydası, yeni zirkon materiallar, keramikada istifadə olunan müasir boyalar və boyalama texnikası haqqında geniş prezentasiya ilə çıxış edib. B.O.P.T. konsepsiyası, yəni bioloji oriyentasiyalı preparasiya texnikası haqqında da məlumat verilib. Bu fəlsəfə həkimin və diş texnikinin yüksək peşəkarlıqlarının və həkim-texnik vəhdət iş prinsipinin təşkil olunması nəzəriyyəsidir.
Konfransın sonunda tələbələr tərəfindən verilən çoxsaylı suallar cavablandırılıb. Çıxışlar tədbirin böyük marağa səbəb olduğunu göstərib və konfransın Azərbaycan stomatologiyasına gözəl töhfələr verəcəyinə əminlik yaradıb.





May 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova