İSİM-də sağlam davranış nəzəriyyələri üzrə konfrans keçirilib

İSİM-də sağlam davranış nəzəriyyələri üzrə konfrans keçirilib

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Sağlam davranış nəzəriyyələri və qeyri-infeksion xəstəliklərin profilaktikası” mövzusunda konfrans keçirilib.
Mərkəzdən verilən məlumata görə, konfransda İSİM-in direktor müavini Rahib Məmmədov bildirib ki, hazırda qeyri-infeksion xəstəliklərin yükü bütün dünya ölkələrində artmaqdadır: “Ümumdünya Səhiyyə Təşkilatının qeyri-infeksion xəstəliklərin vəziyyəti üzrə sonuncu hesabatına görə, dünyada 41 milyon nəfər məhz qeyri-infeksion xəstəliklərdən vəfat edib. Bu, qeydə alınan bütün ölüm hallarının 71 faizi deməkdir. Ona görə də qeyri-infeksion xəstəliklərin qarşısının alınması ilə əhali arasında xəstələnmə və əlillik hallarının azaldılması prioritet istiqamətlərdən biridir”.
İSİM-in Səhiyyə texnologiyaları şöbəsinin müdiri Samir Mehdiyev, İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev, Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov, Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova və həkim-metodisti Könül İsmayılova geniş təqdimatlarla çıxış ediblər.
Konfransda qeyri-infeksion xəstəliklərin qlobal yükü və Azərbaycanda bu istiqamətdə mövcud vəziyyət, sağlamlıq üçün təhlükələr: tütünlə mübarizə və Ümumdünya Səhiyyə Təşkilatının proqram yanaşması, tibdə yeni informasiya texnologiyalarının tətbiqi və uzunmüddətli rolu, sağlamlığa inanc nəzəriyyəsi və onun ictimai səhiyyədə tətbiqi, səhiyyə kommunikasiyaları və sağlamlığın təşviqində kommunikasiya kanallarının rolu, eləcə də digər mövzular üzrə ətraflı məlumat verilib.
Qeyri-infeksion xəstəliklərin qarşısını almaq üçün əhali arasında sağlam davranışın formalaşdırılması və təşviqinin ən səmərəli strategiya olduğu qeyd edilib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova