"Pediatrik immunologiya və infeksion xəstəliklər" mövzusunda beynəlxalq elmi konfrans keçirilib

"Pediatrik immunologiya və infeksion xəstəliklər" mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin (DGK TXİ) Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının (MGH) birgə təşkilatçılığı ilə Ümumdünya İmmunitet Gününə həsr olunmuş "Pediatrik immunologiya və infeksion xəstəliklər" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Pediatr, neonatoloq, immunoloq, anestezioloq-reanimatoloq, infeksionist, uşaq cərrahı və revmatoloqların iştirak etdiyi konfransın açılışında MGH-nın rəisi Elman Məmmədov və DGK TXİ-nin rəis müavini İsmayıl Əfəndiyev çıxış edərək, uşaq xəstəliklərinin erkən diaqnostika və müalicə işinin təşkili sahəsində beynəlxalq elmi tədqiqatların nəticələrinin araşdırılması, beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də yerli və xarici mütəxəssislər arasında təcrübə mübadiləsi aparılmasının çox mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıblar.
Səhiyyə Nazirliyinin mütəxəssis-ekspertləri, həkim-neonatoloq Rüstəm Hüseynov, həkim-pediatr Erkin Rəhimov, Türkiyənin Sağlık Bilimleri Universiteti Başakşehir Çam və Sakura Xəstəxanasının professoru Merih Çetinkaya çıxış edərək mövzunun aktuallığını vurğulayıblar, immun sistem və infeksion xəstəliklər arasındakı əlaqə barədə danışıblar.
K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev və Sağlık Bilimleri Universiteti Başakşehir Çam və Sakura Xəstəxanasının professoru Merih Çetinkayanın moderatorluğu ilə “Uşaqlarda immun sistemin formalaşması”, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov və Ankara Universiteti Tibb Fakültəsinin professoru Nazan Çobanoğlunun moderatorluğu ilə “Uşaqların immun sistemində yaranan problemlər”, MGH-nın pediatr-neonatoloq-reanimatoloqu Təranə Göyüşova və professor Merih Çetinkayanın moderatorluğu ilə “Vaksinasiya”, MGH Pediatriya və neonatologiya şöbəsinin rəisi Telman Aytayev və Ege Universiteti Tibb fakültəsinin pediatr-immunoloqu Neslihan Karacanın moderatorluğu ilə “Limfoadenopatiyalı uşaqlara yanaşma”, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Rüstəm Hüseynov və Ankara Universiteti Tibb fakültəsinin neonatoloq-reanimatoloqu Emel Okulunun moderatorluğu ilə “İnfeksiyaya nəzarət tədbirləri”, Mərkəzi Klinik Xəstəxananın Pediatriya və neonatologiya şöbəsinin müdiri Sevda Əsədova və İstanbul Mədəniyyət Universiteti Tibb fakültəsinin professoru Fahrı Ovalının moderatorluğu ilə “İnfeksiyalara müasir yanaşma” panellərində müzakirələr aparılıb.
İki gün davam edən konfransda Türkiyə və Azərbaycanın professor-həkim heyəti tərəfindən 6 paneldə ümumilikdə 17 məruzə dinlənilib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova