“Tədqiqat etikası və etik komissiyaların fəaliyyəti”

“Tədqiqat etikası və etik komissiyaların fəaliyyəti”

Bu mövzuda baza təlimləri keçirilib


Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə, Türkiyənin Hacettepe Universiteti Bioetika Tədqiqat və Təlim Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Yeni Klinikada “Tədqiqat etikası və etik komissiyaların fəaliyyəti” mövzusunda baza təlimləri təşkil edib.
Təlimlər ölkəmizdə tibb sahəsində tədqiqat etikası istiqamətində olan problemlərin həlli üçün tədqiqatçıları beynəlxalq araşdırma standartları ilə tanış etmək, sahə üzrə mütəxəssislərin bilik və bacarıqlarını təkmilləşdirmək, müvafiq təlimatlar və metodik tövsiyələr vermək məqsədi daşıyıb.
Tədbirdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Nadir Zeynalov, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Milli Məclisin Səhiyyə komitəsinin sədri, millət vəkili Əhliman Əmiraslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Halil İbrahim Durak, Hacettepe Universiteti Bioetika Təlim və Tədqiqat Mərkəzinin rəhbəri Nüket Örnək Büken, əlaqədar ali təhsil müəssisələrinin və elmi tədqiqat institutlarının rəhbər şəxsləri iştirak ediblər.
TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov son illərdə səhiyyənin təkmilləşdirilməsi istiqamətində dövlət siyasətindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səhiyyə sahəsində apardığı məqsədyönlü islahatlardan danışıb. Ölkəmizin həm struktur, həm də keyfiyyət baxımından yeni səhiyyə modelinə keçdiyini qeyd edən V.Qurbanov tibbin inkişafının, müayinə və müalicə metodlarının təkmilləşdirilməsinin məhz keyfiyyətli və beynəlxalq standartlara uyğun elmi tədqiqatların aparılması nəticəsində meydana gəldiyini bildirib.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov ölkəmizdə həyata keçirilən səhiyyə siyasətindən, yüksək keyfiyyətli tibb xidmətinin göstərilməsi üçün elmi araşdırmaların vacibliyindən, bu tədqiqatlarda dünyada qəbul edilmiş bioetika prinsiplərinə riayət olunmasının zəruriliyindən danışıb.
Çıxış edən Əhliman Əmiraslanov, Cahit Bağçı, Halil İbrahim Durak və Nüket Örnək Büken təlimlərin məqsədi, tibb sahəsində tədqiqat etikasının mahiyyəti, problemlərin həll edilməsi üçün tədqiqatların, eləcə də beynəlxalq əməkdaşlığın əhəmiyyətindən söhbət açıblar.
Araşdırmalar zamanı dünyada bu sahədə qəbul olunmuş konvensiyalara əməl edilməsinin zəruriliyi vurğulanıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova