MDB PA iclasında tibbi innovasiya texnologiyalarının səmərəli tətbiqi müzakirə olunub

MDB PA iclasında tibbi innovasiya texnologiyalarının səmərəli tətbiqi müzakirə olunub

Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assosiasiyası (MDB PA) nəzdində Səhiyyə üzrə Ekspert Şurasının onlayn iclası keçirilib. İclasda Azərbaycan Milli Məclisinin deputatı Anatoli Rafailov iştirak edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbir “Tibbi innovasiya texnologiyalarının və dərman təminatının MDB-yə üzv ölkələrdə əhali sağlamlığının idarə olunmasındakı rolu” mövzusuna həsr olunub.
Videokonfransda həmin mövzuda keçirilən informativ sessiyada cəmiyyətin sağlamlığının təmin edilməsində tibbi innovasiya texnologiyalarından səmərəli istifadə, tibbi innovasiya texnologiyalarının və tibbi preparatların tətbiqinin mənəvi, hüquqi məsələləri kimi mövzular üzrə məruzələr dinlənilib, müzakirələr aparılıb.
Onlayn iclasda MDB-yə üzv ölkələrin parlamentlərinin üzvləri, müvafiq dövlət strukturlarının, akademik dairələrin, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova