“Arterial hipertenziyalara son zərbə” mövzusunda konfrans keçirilib

“Arterial hipertenziyalara son zərbə” mövzusunda konfrans keçirilib
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Kardiologiya kafedrası və C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Arterial hipertenziyalara son zərbə” mövzusunda onlayn konfrans keçirilib.
Tədbirdə çıxış edən Rusiya Federasiyası İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Hospital terapiya kafedrasının müdiri, akademik Y.Belenkov “Arterial hipertenziyanın müalicəsinin müasir prinsipləri” mövzusunda mühazirəsində müxtəlif hipotenziv dərmanların müqayisəli təhlili və onlara olan göstərişlərdən bəhs edib.
C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru, tibb elmləri doktoru Gülnaz Dadaşova ABŞ və Avropanın aparıcı ölkələrində arterial hipertenziyaların müalicəsi haqqında yazılmış kliniki protokolları müqayisə edib və ayrı-ayrılıqda onların xüsusiyyətlərindən danışıb.
Əziz Əliyev adına ADHTİ-nin Kardiologiya kafedrasının müdiri, professor Faiq Quliyev öz çıxışında hipotenziv dərmanların xəstələr tərəfindən axşam saatlarında qəbulu ilə səhər saatlarında qəbulu arasında müqayisəli təhlil aparıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova