Prezident İlham Əliyev: Gəncədə səhiyyə sahəsində bütün sosial infrastruktur yenilənib

Prezident İlham Əliyev: Gəncədə səhiyyə sahəsində bütün sosial infrastruktur yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərinə səfəri zamanı Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibə verib.
Müsahibədə səhiyyə ilə bağlı bəzi məsələlərə də toxunulub.
Gəncə şəhərində görülmüş işlər barədə fikirlərini bölüşərkən dövlət başçısı buraya 18-ci dəfə səfər etdiyini deyib. Gəncənin Azərbaycanın ikinci şəhəri olduğunu, buraya daim yüksək səviyyədə diqqət yetirildiyini qeyd edən ölkə rəhbəri şəhərdə icra edilən layihələrdən, şəhərin kompleks inkişaf planından danışıb.
Prezident bildirib ki, əsas infrastruktur layihələri ilə paralel olaraq, səhiyyə və təhsil sahəsində bütün sosial infrastruktur yenilənib: “İndi Gəncədə 245 çarpayılıq şəhər xəstəxanası, demək olar ki, yenidən tikilib və əlavə 200 çarpayılıq modul tipli xəstəxana quraşdırılıb”.
Gəncənin inkişafının və problemlərinin həllinin daim diqqət mərkəzində olduğunu deyən Prezident İlham Əliyev vurğulayıb ki, şəhərin əhali artımına və müasir tələblərə uyğunlaşmaq üçün əlavə addımlar atılır və atılacaq. İşlərin sürətləndirilməsi üçün əlavə göstərişlər verilib. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının icrası nəticəsində Gəncə şəhəri həmişə xüsusi yerə malik olub, sabah da belə olacaq.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova