ÜST: Koronavirus əleyhinə yeni vaksinlər yaradılmalıdır

ÜST: Koronavirus əleyhinə yeni vaksinlər yaradılmalıdır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 əleyhinə vaksinlərin tərkibi üzrə texniki məsləhətçi qrupu koronavirusun profilaktikasına və onun yayılmasına yüksək təsir göstərən əlavə preparatların işlənib hazırlanmasını zəruri hesab edir.
Bu barədə həmin qrup ÜST-nin rəsmi saytında bəyanatla çıxış edib.
Texniki məsləhətçi qrup hesab edir ki, xəstəliyin ağır gedişatının və ölüm hallarının qarşısının alınmasından əlavə, infeksiyanın profilaktikasına və onun yayılmamasına da yüksək təsir edən COVID-19 əleyhinə əlavə vaksinlər vacibdir və işlənib hazırlanmalıdır. Məlumatda bildirilir ki, belə vaksin preparatları əlçatan olanadək, COVID-19 əleyhinə mövcud vaksinlərin tərkibinin SARS-CoV-2 virusunun inkişaf dərəcəsinə, yeni ştamlarına uyğun surətdə yenilənməsi də tələb oluna bilər.
Qeyd edilir ki, vaksinlərin bundan sonra da ÜST meyarlarına müvafiq gəlməsi üçün onlar koronavirusun hazırda dövr edən variantına genetik və antigen baxımından yaxın olan ştamlara əsaslandırılmalıdır.
ÜST indiyədək 10 vaksini təcili tətbiq üçün bəyənib. Bunlar “Modernа”, “Pfizer”, “Janssen” (Johnson&Johnson), “AstraZeneca”, “Sinopharm”, “Sinovac”, “Covaxin”, “Covishield”, “Covovax” və “Novavax” şirkətlərinin vaksin preparatlarıdır.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova