Koronavirus xəstələrinin və onların “sıx təmaslı”larının təcrid müddəti 14 gündən 7 günə azaldılıb

Koronavirus xəstələrinin və onların “sıx təmaslı”larının təcrid müddəti 14 gündən 7 günə azaldılıb

Son zamanlar dünya ölkələrində SARS-CoV-2 virusunun “omikron” ştamının yayılmasına görə Ümumdünya Səhiyyə Təşkilatı ölkələri xəstəliklə aparılan mübarizə tədbirlərinə yenidən baxmağa çağırıb.
Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında qeyd olunub.
Bildirilir ki, yeni ştamın spesifik xüsusiyyətləri nəzərə alınaraq, test strategiyaları, karantin müddətləri, xəstələrin müşahidə və müalicə metodlarında dəyişikliklər olunur.
Beynəlxalq təcrübəni və mövcud elmi araşdırmaların nəticələrini nəzərə alaraq, ölkəmizdə SARS-CoV-2 PZR test nəticəsi “müsbət” olan şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddəti 24 yanvar 2022-ci il tarixindən etibarən 14 gündən 7 günə azaldılıb.
“Omikron” mutasiyasının genetik xüsusiyyətlərini nəzərə alaraq, vətəndaşlardan səhiyyə qurumlarımız tərəfindən müəyyən olunmuş, virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmək - maska taxmaq, əlləri tez-tez yumaq və ya antiseptik vasitələrdən istifadə etmək, fiziki məsafə saxlamaq, insanların sıx toplaşdığı yerlərdən uzaq durmaq, vaksinasiya olunmaq xahiş olunur.
Virusa yoluxduqları halda onlara özlərini ailə üzvlərindən mümkün qədər təcrid etmək, təcrid olduqları yeri tez-tez havalandırmaq, bol maye qəbul etmək, yataq rejiminə riayət etmək, gün ərzində 2 dəfə bədən hərarətini ölçmək, hərarət yüksəldiyi zaman (38℃ və daha yuxarı) qızdırmasalıcı dərmanlardan istifadə etmək, 5 gündən çox müddətdə qızdırma salıcı dərmanlara tabe olmayan belə yüksək qızdırma halında poliklinikaya ailə həkiminə (sahə həkim-pediatrı, sahə həkim-terapevti) məlumat vermək tövsiyə edilir. Həmçinin ev şəraitində antibiotik, antiviral, hormonal, immunitet artırıcı müalicələrdən və venadaxili mayelərin köçürülməsindən uzaq durmaq, qohum və tanışların tövsiyəsinə əsasən dərman qəbul etməmək, orta tibb işçilərinin tövsiyəsinə əsasən müalicə olunmamaq məsləhət görülür.
Birgə məlumatda xatırladılır ki, vaksinasiya virusun istənilən mutasiyası ilə mübarizədə ən effektiv vasitədir. Buna görə də vətəndaşlara müraciət edən qurumlar onları gücləndirici (“buster”) doza ilə vaksin olunmağa çağırır.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova