Nizami rayonunda şəhid ailələri üçün ödənişsiz müayinə aksiyası təşkil edilib

Nizami rayonunda şəhid ailələri üçün ödənişsiz müayinə aksiyası təşkil edilib

Paytaxtın Nizami rayonunda İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri üçün təşkil edilən ödənişsiz müayinə aksiyasına yekun vurulub.
Ötən il dekabrın 10-dan bu il yanvarın 4-dək davam edən müayinə aksiyası Nizami rayonundan olan Milli Məclisin deputatı Könül Nurullayevanın təşəbbüsü ilə özəl klinikaların birində təşkil edilib.
İkinci Qarabağ müharibəsi şəhidlərinin övladları, valideynləri və yaxınları aksiya zamanı kardiologiya, nevrologiya, terapiya, urologiya, endokrinologiya, travmatologiya, cərrahiyyə, pediatriya və oftalmologiya kimi müxtəlif sahələr üzrə müayinələrdən keçiblər.
EKQ, EXO, USM, stres test, rentgen, mammoqrafiya, MRT və angioqrafiya kimi instrumental müayinələrdən, həmçinin bir sıra laborator analizlərdən sonra aksiya iştirakçılarına müəyyən müalicələr yazılıb. Bir pasiyentə isə angioqrafiya və aorta koronar şuntlama əməliyyatı icra edilib.
Şəhid ailələrinin üzvləri və deputat müayinə aksiyasının təşkil olunmasında göstərdikləri dəstəyə görə özəl klinikanın rəhbərliyinə və peşəkar heyətə təşəkkürünü bildirib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova