Valyuta.com

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada xeyriyyə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada xeyriyyə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Qanın milliyyəti yoxdur” adlı növbəti qanvermə aksiyası keçirilib.
AZƏRTAC-ın verdiyi xəbərə görə, RAGB və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə Qan Mərkəzində təşkil olunan aksiyada Rusiyanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Gənclərin xeyriyyə məqsədilə qanvermə aksiyasında fəal iştirak etdiyini bildirən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Azərbaycan tələbə klubunun sədri Simarə Məmmədova aksiyanı keçirməkdə məqsədin onkoloji və digər ağır xəstəliklərdən, o cümlədən COVID-19-dan əziyyət çəkən xəstələrə yardım etmək olduğunu vurğulayıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ildə iki dəfə keçirilən aksiyanın artıq ənənəyə çevrildiyini bildirən RAGB-nin məsul katibi Ceyhun Hüseynov deyib: “13 ildir ki, “Qanın milliyyəti yoxdur” qanvermə aksiyası keçirilir. Hər il olduğu kimi, bu il də azərbaycanlı gənclər bu xeyriyyə aksiyasında fəal iştirak edirlər”.
Qan Mərkəzinin nümayəndəsi, həkim-transfuzioloq Tatyana Kirillova RAGB ilə uzun müddətdir davam edən əməkdaşlıqdan danışıb, üç gün davam edən bu aksiyaya görə birliyin rəhbərliyinə təşəkkürünü bildirib. O, azərbaycanlı gənclərin xeyriyyə aksiyasında iştirakını yüksək qiymətləndirərək, bu ənənənin uzun illər davam edəcəyinə əminliyini ifadə edib.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri

Moskvaшаблоны для dle 11.2





Dekabr2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova