Türkiyə Ali Təhsil Şurasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub

Türkiyə Ali Təhsil Şurasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olublar.
ATU-nun mətbuat xidmətindən verilən xəbərə görə, universitetin rektoru, professor Gəray Gəraybəyli qonaqlara ali məktəbin tarixi, fəaliyyəti, beynəlxalq standartlara əsasən qurulan tədris prosesi, həyata keçirilən islahatlar barəsində məlumat verib. Qeyd edib ki, beynəlxalq əlaqələrin genişləndirilməsi ATU-nun hazırkı fəaliyyətində önəmli istiqamətlərdən birini təşkil edir və bu yöndə qardaş Türkiyənin universitetləri ilə güclü əməkdaşlıq əlaqələri qurulub. Rektor bu münasibətlərin daha da gücləndirilməsi sahəsində fəaliyyətin davam etdiriləcəyini bildirib.
Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikası Ali Təhsil Şurasının rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərini Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əlaqələrin genişlənməsinə müsbət töhfə verəcəyinə əminliyini ifadə edib.
Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvar iki qardaş ölkə arasındakı sıx dostluq münasibətlərinin təhsil sahəsində də əks olunduğunu qeyd edib.
Görüş zamanı ali təhsil sahəsində mövcud əməkdaşlıq və gələcək layihələr haqqında fikir mübadiləsi aparılıb.
Daha sonra qonaqlara ATU-dakı auditoriyalar və laboratoriyalar, universitetin klinikaları nümayiş etdirilib. Nümayəndə heyətləri tələbələrin təhsili və uğurlu praktikası üçün yaradılan şəraitlə tanış olublar.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova