COVID-19 virusu və vaksinlər haqqında ən etibarlı məlumat mənbəyi tibb işçiləridir

COVID-19 virusu və vaksinlər haqqında ən etibarlı məlumat mənbəyi tibb işçiləridir

Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” və “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” layihələri çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi əhali arasında keçirilmiş COVID-19-la bağlı davranışların qiymətləndirilməsi üzrə 7-ci sorğunun nəticələrini yerli səhiyyə tərəfdaşları, beynəlxalq inkişaf agentlikləri, QHT-lər və pasiyent assosiasiyalarına təqdim edib.
ÜST-nin Azərbaycan nümayəndəliyindən bildirilib ki, noyabrda Səhiyyə Nazirlyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə əməkdaşlıq çərçivəsində ÜST ekspertlərinin texniki dəstəyi ilə keçirilmiş sorğuda Azərbaycanın bütün bölgələrini təmsil edən 1031 respondent iştirak edib.
Tədqiqat COVID-19 infeksiyası və vaksinasiya üzrə riskin qavranılması, bundan irəli gələn müvafiq davranışlar və digər amillərin monitorinqinin aparılması, eləcə də onlar arasındakı əlaqələrin müəyyənləşdirilməsi məqsədi ilə həyata keçirilib. Eyni zamanda, sorğu pandemiyanın əsas səhiyyə xidmətlərinə təsirlərinin qiymətləndirilməsini nəzərdə tutub.
Sorğunun nəticələri ÜST-nin mütəxəssisləri Marta Şerzer və Ardita Tahirukaj tərəfindən təqdim edilib. Burada əsas məqsədlərdən biri də qərarverici qurum və şəxslərə COVID-19-a qarşı cavab strategiyalarının uyğunlaşdırılmasında, nəzər yetirilməli olan məqamların müəyyənləşdirilməsində və kollektiv davranış dəyişikliyinin təşviqi üçün düzgün mesajların seçilməsində dəstək olmaqdır.
Sorğunun nəticələrinə əsasən, tibb işçiləri COVID-19 virusu və vaksinlər haqqında ən etibarlı məlumat mənbəyi olaraq qalmaqdadır. Bununla yanaşı, virusun media tərəfindən şişirdildiyini düşünənlərin sayı avqust ayının göstəricisi ilə müqayisədə 5 faiz azalaraq təqribən 7 faiz təşkil edib. Mövcud məhdudiyyətlərin çox şişirdildiyi ilə razılaşan respondentlərin nisbəti avqust ayı ilə müqayisədə, demək olar ki, dəyişməyərək 23 faiz təşkil edib, məhdudiyyətlərin şişirdilməsi ilə razı olmayanların payı isə 52 faiz olub.
Qeyd edək ki, rəyi soruşulanların 89 faizi peyvənd olunduğunu təsdiq edib. Peyvənd olunmayanların yalnız 5 faizdən az bir hissəsi qətiyyən peyvənd olunmayacağını bildirdiyi halda, qərarsız respondentlərin sayı isə avqust ayı ilə müqayisədə 25 faizdən 35 faizə yüksəlib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova