Azərbaycanın Qoşulmama Hərəkatı adından irəli sürdüyü qətnamə BMT Baş Assambleyasında qəbul edilib

Azərbaycanın Qoşulmama Hərəkatı adından irəli sürdüyü qətnamə BMT Baş Assambleyasında qəbul edilib

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi pandemiyaya qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səfərbər edilməsi istiqamətində qlobal liderliyini davam etdirir.
2021-ci il sentyabrın 24-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 76-cı sessiyasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev “peyvənd millətçiliyi”ni, varlı və kasıb ölkələr arasında peyvəndlərə əlçatanlıqla bağlı qeyri-bərabərliyi bir daha tənqid edib və BMT Baş Assambleyasında Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunması ilə bağlı qətnamənin irəli sürüləcəyini elan edib.
Qoşulmama Hərəkatı adından Azərbaycan tərəfindən irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, münasib qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamə dekabrın 16-da BMT Baş Assambleyasında 179 ölkənin dəstəyi ilə qəbul olunub.
Bu qətnamənin qəbul edilməsi ilə beynəlxalq ictimaiyyət Prezident İlham Əliyevin COVID-19 pandemiyasına, “peyvənd millətçiliyi”nə qarşı təşəbbüslərini bir daha dəstəklədiyini nümayiş etdirib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova