Valyuta.com

Azərbaycan və Böyük Britaniya arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Azərbaycan və Böyük Britaniya arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Səhiyyə Nazirliyində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarpın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qonaqları salamlayan səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Azərbaycan – Böyük Britaniya münasibətlərinin dinamik inkişaf tendensiyasına malik olduğunu vurğulayıb.
O qeyd edib ki, ölkələrimiz arasında bir çox sahəni ehtiva edən çoxşaxəli rasional münasibətlər mövcuddur. Teymur Musayev gələcəkdə tibb elmi, səhiyyə və digər sahələrdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Səfir Ceyms Layl Şarp 44 gün davam edən Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərdə tibb müəssisələrinin yaradılmasında Böyük Britaniyanın köməyini əsirgəməyəcəyini vurğulayıb. Ümumbəşəri bəlaya çevrilən COVID-19 pandemiyası məsələsinə toxunan Ceyms Layl Şarp postpandemiya dövründə Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlığın genişləndirilməsinin daha da zəruri olduğunu qeyd edib.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tərəflər səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsindən, həmçinin əczaçılıq sənayesində gələcək əməkdaşlığın önəmindən bəhs ediblər.шаблоны для dle 11.2





Dekabr2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova