Təcili tibbi yardım işçilərinin təkmilləşdirilməsi daim diqqətdə saxlanılır

Təcili tibbi yardım işçilərinin təkmilləşdirilməsi daim diqqətdə saxlanılır
Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı ofisinin, Türkiyə Səhiyyə Nazirliyinin, Ege Universitetinin nümayəndələri ilə görüşüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Teymur Musayev ölkələr arasında bütün sahələrdə, o cümlədən tibb sahəsində qarşılıqlı faydalı əlaqələrin mövcudluğunu vurğulayıb.
Görüşdə Azərbaycanda təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin gücləndirilməsi istiqamətində, xəstəxanaya qədər və xəstəxana daxili təcili yardım xidmətlərinin, fövqəladə vəziyyətlərdə tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində əməkdaşlıq müzakirə olunub.
Bundan əlavə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarının yenilənməsi və funksional sahələrinin genişləndirilməsi, xəstəxanaya qədər tibbi müdaxilələrin beynəlxalq protokollara uyğunlaşdırılması da təklif edilib.
Bölgələrdə xidmət göstərən bütün təcili tibbi yardım maşınlarının fövqəladə hallar və təxirəsalınmaz vəziyyətlərdə mərkəzi stansiya tərəfindən təmin olunması, xəstəxanaya qədər təcili tibbi yardım xidmətlərində çalışan tibb işçilərinə Türkiyə təcrübəsindən yararlanaraq təməl proqramlarının başladılması və inkişaf etdirilməsi məsələləri də müzakirə edilib.
Sonda nümayəndə heyətinin təkliflərini dinləyən səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev bu əməkdaşlığın gələcəkdə uğurlu olacağına inandığını vurğulayıb. O, təcili və təxirəsalınmaz tibbi yardım işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məsələlərinin daim diqqətdə saxlanıldığını qeyd edib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova