Tibb təhsili müəssisələrində şəhid məzunların anım mərasimləri keçirilib

Tibb təhsili müəssisələrində şəhid məzunların anım mərasimləri keçirilib
Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış tibb xidməti leytenantı Turqut Xəlilbəylinin anım mərasimi keçirilib.
Mərasimdə Müdafiə Nazirliyinin, ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri və fakültənin şəxsi heyəti iştirak edib.
Əvvəlcə iştirakçılar şəhid tibb xidməti leytenantı Turqut Xəlilbəylinin adını daşıyan Hərbi tibb fakültəsinin kitabxanasına baxış keçiriblər.
Sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Anma mərasimində Turqut Xəlilbəylinin şərəfli həyat və döyüş yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.
Çıxış edənlər şəhidin Vətən müharibəsində yaralılara ilkin tibbi yardım göstərməsindən, onun vətənpərvərliyindən, cəsurluğundan, şücaətindən danışıblar.
Sonda vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.

Digər bir anım tədbiri 2 nömrəli Bakı Baza Tibb kollecində təşkil olunub. Kollecin həyətyanı sahəsində bu tibb təhsili müəssisəsinin şəhid tələbələri və əməkdaşının xatirəsini əbədiləşdirən abidənin önündə şəhid Mürsəl Kazımlının anım gününə həsr olunmuş tədbir keçirilib.
Şəhidin valideynlərinin və kollecin müəllim-tələbə heyətinin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yasamal rayon İcra Hakimiyyəti başcısının müavini T.Muradova və kollecin direktoru Dilarə Məmmədəliyeva öz çıxışlarında vurğulayıblar ki, şəhid Mürsəl Kazımlının ömür yolu gənclər və yeniyetmələr üçün əsl örnəkdir, onun əziz xatirəsi ürəklərdə əbədi olaraq yaşayacaq.
Sonra şəhidin atası çıxış edərək Mürsəlin ömür yolundan danışıb, hisslərini, xatirələrini bölüşüb.
Tədbir tələbələrin hazırladığı bədii kompozisiya ilə davam edib. Sonda qonaqlar və tələbələr abidənin önünə qərənfillər qoyublar.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova