Valyuta.com

ÜST Azərbaycanda təcili tibbi yardım sisteminin gücləndirilməsinə dəstək göstərir

ÜST Azərbaycanda təcili tibbi yardım sisteminin gücləndirilməsinə dəstək göstərir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə ofisi Azərbaycanda təcili tibbi yardım sisteminin gücləndirilməsi məqsədilə yeni layihəyə başlayıb. Bu layihə Birləşmiş Millətlər Təşkilatının Yol Təhlükəsizliyi Fondu tərəfindən maliyyələşdirilir.
Ofisdən bildirilib ki, layihənin ilk mərhələsində təcili tibbi yardım sisteminin əhatəli qiymətləndirilməsi həyata keçirilib. Bu qiymətləndirmə sistemin təşkili, idarə olunması, maliyyələşməsi, təcili yardım haqqında məlumat və onun keyfiyyətinin artırılması, hadisə yerində yardım, daşınma, köçürmə və göndəriş, stasionar yardım və fövqəladə hazırlıq kimi sahələri əhatə edib.
Qiymətləndirmə çərçivəsində ÜST-nin baş qərargahından və ölkə ofisindən mütəxəssislər və TƏBİB-in nümayəndələri Bakı, Şirvan, Salyan və Lənkəranda yerləşən 6 xəstəxana və dispetçer mərkəzlərinə səfər ediblər.
Aparılan qiymətləndirmənin nəticələrini müzakirə etmək üçün yerli tərəfdaşların iştirakı ilə 2 günlük milli müşavirə keçirilib. Tədbirdə Milli Məclis, Səhiyyə Nazirliyi, TƏBİB, Fövqəladə Hallar Nazirliyi, BMT agentlikləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri və müxtəlif xəstəxanalardan tibb işçiləri iştirak ediblər.
Milli müşavirə zamanı Azərbaycanda təcili tibbi yardım xidmətlərinin koordinasiyalı təminatına dair fəaliyyət prioritetləri müəyyənləşdirilib. Həmçinin ÜST-nin təcili yardım üzrə mütəxəssisi doktor Li Vallis tərəfindən qiymətləndirmənin nəticələrinə dair fəaliyyət prioritetlərinin hazırlanması ilə bağlı tövsiyələr verilib.
Qeyd edək ki, ÜST-nin təcili tibbi yardım sisteminin gücləndirilməsinə dair layihəsi çərçivəsində beynəlxalq təcrübəyə əsaslanaraq təcili yardım tədbirləri üzrə qanunvericilik, standartlar, sistem və səlahiyyətlərdəki boşluqların aradan qaldırılması ilə bağlı texniki dəstək veriləcək. Layihənin sonrakı mərhələlərində hazırda təcili yardım sistemində çalışan tibb işçilərinin potensialının artırılması üçün təlimlər təşkil olunacaq və yeni paramedik dərəcəsinin yaradılmasında ölkəyə dəstək göstəriləcək.шаблоны для dle 11.2





Oktyabr 2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova